AZ

Bakı Arbitraj Mərkəzinin əsas məqsədləri açıqlanıb

Bakı.Trend:

Son illərdə ölkəmizdə məhkəmə-hüquq sahəsində mühün islahatlaraparılır.

Trend xəbərverir ki, Tədbirdə Azərbaycan Respublikası Ali Məhkəməsi yanındaElmi-məsləhət şurasının üzvü, Bakı Arbitraj Mərkəzinin rəhbəriKəmalə Mehdiyeva bu fikirləri Bakı Arbitraj Mərkəzinin açılışmərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O, qeyd edib ki, bu münasibətlə keçirdiyimiz tədbirin məqsədidünyanın müxtəlif regionlarında arbitraj sahəsində fəaliyyətgöstərən peşəkar hüquqşünasların bilik mübadiləsi, dövlət və özəlsektorda çalışan hüquqşünasların əməkdaşlığı, eləcə də ölkəmizdəarbitraj sektorunun müzakirəsi üçün dinamik platforma təşkiletməkdir.

“Tədbir çərçivəsində 7 panel müzakirə nəzərdə tutulur.

Nəzərinizə çatdırım ki, Bakı Arbitraj Mərkəzinin əsas məqsədiAzərbaycan Respublikasının “Arbitraj haqqında” Qanununa müvafiqolaraq beynəlxalq arbitraj sahəsində fəaliyyət göstərmək vəmübahisələrinin həlli üsulu kimi arbitrajı seçmiş tərəflərəədalətli, şəffaf və səmərəli arbitraj xidmətləri təqdimetməkdir”.

K.Mehtiyeva qeyd edib ki, Bakı Arbitraj Mərkəzinin daimiarbitraj təşkilatı olaraq əsas funksiyası mübahisələrin həlli üçünarbitraj məhkəməsinin səlahiyyətlərinə aid məsələlər istisnaolmaqla, arbitraj icraatının idarə edilməsi, arbitrajın təşkilatitəminatı, o cümlədən arbitrlərin təyin olunması, onlara etirazedilməsi və onların səlahiyyətinə xitam verilməsi məsələlərininhəlli, kargüzarlığın aparılması, arbitraj haqlarının və digərarbitraj xərclərinin ödənilməsinin təşkilindən ibarətdir.

Seçilən
117
4
az.trend.az

5Mənbələr