Bakı. Trend:
Yaponiya hökuməti ikitərəfli münasibətlərdə mövcud çətinliklərəbaxmayaraq, Rusiya ilə sülh müqaviləsi imzalamaqda qərarlıdır.
Trend xəbər verirki, bunu Yaponiyanın yeni baş naziri Sanae Takaiçi vəzifəsininicrasına başlaması münasibətilə parlamentdə çıxışı zamanıbildirib.
“Yaponiya və Rusiya arasındakı münasibətlər hazırda çətin birmərhələdədir. Bununla belə, hökumətimizin siyasəti “şimalərazilərlə” ilə bağlı məsələlərin həllinə və sülh müqaviləsininimzalanmasına yönəlib”, - deyə o vurğulayıb.
Xatırladaq ki, Moskva və Tokio ötən əsrin ortalarından etibarənİkinci Dünya müharibəsinin nəticələrinə dair sülh müqaviləsi iləbağlı danışıqlar aparır. Bu istiqamətdə əsas maneə Kuril adalarınıncənub hissəsinin mənsubiyyəti ilə bağlı fikir ayrılıqlarıdır.Müharibədən sonra bütün arxipelaq SSRİ-nin tərkibinə daxil edilib,lakin Yaponiya İturup, Kunaşir, Şikotan və bir neçə kiçik,yaşayışsız adanın mənsubiyyətini hələ də mübahisələndirir.