Neapolda 2000 illik bir sarkofaqın mikrokamera ilə ilkin tədqiqindən sonra arxeoloqlar gördüklərindən o qədər ilhamlanıblar ki, ilk dəfə möhürlənmiş məzara daxil olublar...
Poliqon xəbər verir ki, bunu Popular Mechanics yazır.
Qeyd olunur ki, min illərlə möhürlü qalmış sarkofaqın içinə keçid açan kimi, onlar tapıntının vəziyyəti qarşısında heyrətləniblər. Neapolun şimal-qərbindəki Culyano şəhərində Kerber qəbiristanlığını tədqiq edən Simona Formolanın rəhbərlik etdiyi arxeoloqlar qrupu, üzü yuxarı vəziyyətdə uzanmış, vəziyyətini "əla" hesab etdikləri bir şəxs aşkar edib.
Bədən kisəyə bükülmüş və dəfn zamanı tez-tez istifadə olunan bir neçə ətir qabları və bədənin yuyulması alətləri də daxil olmaqla, bir sıra əşyalarla əhatələnib. Komanda hesab edir ki, mərhuma göstərilən xüsusi qayğı və bədənin yanında tapılan əşyalar, sarkofaqdakı şəxsin başlanğıcda bu maqzolun tikildiyi ailənin bir üzvü olduğunu güman etməyə imkan verir.
"Kerber qəbiristanlığı Fleqrey ərazisi haqqında, Liternum yaxınlığında qiymətli məlumat təqdim etməyə davam edir. Keçmiş haqqında bilikləri genişləndirir və fənlərarası tədqiqatlar üçün imkanlar açır", deyə İtaliya Mədəniyyət Nazirliyinin superintendantı Marian Nutsko bildirib.
Vacib olan odur ki, indi komandanın yeni və qiymətli bir məlumat mənbəyi var. Nutsko qeyd edib:
"Son aylarda, dəfn yerlərindən və çöküntü təbəqələrindən götürülmüş nümunələrin laboratoriya təhlilləri mərhumun bədəninə qarşı davranış və həyata keçirilən dəfn mərasimləri haqqında əhəmiyyətli həcmdə məlumat verdi və bu da biliklərimizin panoramını xeyli zənginləşdirdi".
Alimlər hesab edirlər ki, kisə yəqin ki, dəfn kamerasının daxilindəki unikal iqlim şəraiti səbəbilə minerala çevrilib. Parça analizləri davam edir, lakin arxeoloqlar qəbiristandakı istifadə olunmuş ipliyin toxunma quruluşunu, növünü və keyfiyyətini müəyyən etməyə ümid edirlər. Onlar düşünürlər ki, bu məlumat əlavə sosial və mədəni məlumatlar toplamağa kömək edəcək.
Qalıqların DNT analizi davam etdiyi üçün komanda həm də sarkofaqda aşkar edilən polen də daxil olmaqla, üzvi maddələri təhlil etməyə davam edir. Onlar artıq müəyyən ediblər ki, bədənin, ehtimal ki, qorunmasını yaxşılaşdırmaq üçün şüyüd (çobanyastığı da deyilir) və yovşan əsasında kremlərlə işlənib.
Alimlər ümid edirlər ki, sarkofaqda aşkar edilən bütün əşyaların sonrakı nümunə toplama və təhlili, 2000 il əvvəlki Neapolun sosial və mədəni görünüşünün daha tam şəklini tərtib etməyə kömək edəcək, ətrafdakı nekropol haqqında əlavə məlumat verəcək.
Poliqon.info