AZ

ABŞ-ın İsraildən narazılığı artır

Ağ Ev Təl-Əvivin son addımlarından dərin məyusluq içindədir...

Poliqon xəbər verir ki, “Politico” nəşrinin məlumatına görə, ABŞ administrasiyasında İsrailə qarşı artan narazılıq müşahidə olunur. Cəmi iki həftə əvvəl prezident Donald Tramp Qəzza müharibəsinin dayandırılması və Yaxın Şərqdə sülhün bərqərar olması barədə razılaşmanı elan etsə də, İsrailin son hərbi və siyasi addımları Vaşinqtonda ciddi narahatlıq yaradıb.

Xəbərə əsasən, bu həftə İsrailə səfər edən yüksək səviyyəli amerikalı rəsmilər atəşkəsi qorumaq üçün səylər göstərsələr də, Qəzza zolağında İsrail ordusunun yenidən həyata keçirdiyi hücum və Knessetin Qərb Sahilinin “anneksiyası” barədə səsverməsi Ağ Evdə birmənalı şəkildə mənfi qarşılanıb. Tramp administrasiyası bu qərarların İsrail ilə HƏMAS arasında əldə olunan kövrək sülh razılaşmasına zərbə vurduğunu düşünür.

Məqalədə qeyd olunur ki, əvvəllər gizli saxlanılan narazılıq artıq açıq şəkildə ifadə olunmağa başlayıb. ABŞ prezidenti Donald Tramp cümə axşamı verdiyi müsahibədə bildirib ki, əgər İsrail Qərb Sahilini anneksiya edərsə, bu ölkə ABŞ-ın dəstəyini tamamilə itirə bilər. Onun bu bəyanatı vitse-prezident Cey Di Vəns, dövlət katibi Marko Rubionun, eləcə də xüsusi elçilər Uitkoff və Kuşnerin İsrail hökumətinə yönəltdiyi sərt tənqidlərdən sonra səslənib.

“Politico” yazır ki, Trampın İsrailə səfərindən cəmi iki həftə sonra administrasiya nümayəndələrinin bu qədər açıq şəkildə Təl-Əvivi tənqid etməsi Ağ Evin baş nazir Benyamin Netanyahunun hökumətinə qarşı dərin məyusluğunu göstərir. Trampın səfəri zamanı onu “əbədi dost” və “sülh elçisi” kimi qarşılayan İsrail indi ABŞ rəhbərliyinin gözündə etimadı sarsıdan tərəf kimi görünür.

Poliqon.info

Seçilən
81
1
poliqon.info

2Mənbələr