AZ

Takaiçi: Dünya tarixi dəyişikliklə üz-üzədir

BAKI, 24 oktyabr. TELEQRAF

“Beynəlxalq ictimaiyyət qüvvələr balansındakı tarixi dəyişikliklər və geosiyasi rəqabətin kəskinləşməsi ilə üz-üzədir”.

Teleqraf xəbər verir ki, bu fikri Yaponiyanın yeni Baş naziri Sanae Takaiçi deyib.

“Azad, açıq və sabit dünya nizamı - indiyədək öyrəşdiyimiz qaydalar sistemi qüvvələr balansındakı tarixi dəyişikliklər və geosiyasi rəqabətin kəskinləşməsi fonunda sınaqlardan keçir”, - o vurğulayıb.

Takaiçi həmçinin Yaponiyada diplomatiyanı yenidən dirçəldəcəyini və onun dünyanın mərkəzində çiçəklənməsini təmin edəcəyini vəd edib.

Seçilən
36
teleqraf.com

1Mənbələr