AZ

Təranədən əsər əlamət qalmayıb, çox arıqlayıb Video

Axsham.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakıda hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən prodüser Təranə Səmədovanın ötən gün növbəti məhkəməsi baş tutub.

Axşam.az-ın məlumatına görə, bu barədə "Təsir dairəsi" verilişində aparıcı Lalə Azərtaş deyib. O, Təranənin tanınmaz halda olduğunu və xeyli çəki atdığını vurğulayıb:

"Ali məhkmənin iclası oldu. Təranə Səmədova da iclasda iştirak edib. Amma iclas nəticəsiz qaldı və 2 həftə sonra yenidən məsələyə baxılacaq. Lakin Təranədən əsər-əlamət qalmayıb, çox çəki verib. Çox peşmandır və azadlıq eşqi ilə alışıb-yanır. Ona yaxınlaşıb söhbət etmək imkanımız olmadı. Ədalətli iclas idi. İnsan ümidsiz yaşaya bilməz. Suelin başını çiynimə qoyub göz yaşları ilə islatması ümid edirəm ki, hakimin gözündən yayınmayıb. Düzdür, qanun göz yaşlarına güzəştə getmir. Amma iki uşağın gələcəyinin nəzərə alınmasını istəyərdik. Ümid edirəm ki, iki həftə sonra Ali Məhkəmədən gülə-gülə çıxacağıq və Təranə azadlıqda olacaq".

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təranə Səmədova 6 il azadlıqdan məhrum edilib. Buna səbəb isə T.Səmədovanın qeyri-rəsmi ər-arvad kimi yaşadığı Rasim Həsənovla birgə musiqiçi Abbas Səfərovun fotoşəkillərini əldə edib, onu yaymaqla hədələyib, pul alması olub. A.Səfərov müğənni Rəqsanə İsmayılovadan (hazırda həbsdədir - red.) pul alaraq, şikayət ərizəsini geri götürüb. 

Əlavə edək ki, T.Səmədovanın qızı Suelin atası Abbasdır.

Посмотреть эту публикацию в Instagram

Публикация от Axsam.az_magazine (@axsam.az_magazine)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
141
7
axsam.az

9Mənbələr