BAKI, 24 oktyabr. TELEQRAF
UEFA Konfrans Liqasının ümumi mərhələsinin II turu çərçivəsində Xorvatiyanın “Riyeka” və Çexiyanın “Sparta” komandalarının qarşılaşılaşması yarımçıq dayandırılıb.
Teleqraf xəbər verir ki, buna güclü yağış səbəb olub.
12-ci dəqiqədə dayandırılan görüş təxminən bir yarım saat sonra yenidən bərpa edilib. Daha sonra baş hakim oyunun tamamilə dayandırılması barədə qərar verib.
Matçın nə vaxt davam etdiriləcəyi barədə məlumat sonradan açıqlanacaq.