BAKI, 24 oktyabr. TELEQRAF
İstanbul Baş Prokurorluğu (Türkiyə) şəhərin bələdiyyə sədri Əkrem İmamoğlu və “Tele1” TV-nin baş redaktoru Mərdan Yanardağ barəsində casusluq ittihamı ilə istintaq başladıb.
Teleqraf xəbər verir ki, istintaq çərçivəsində Əkrem İmamoğlunun da casusluq ittihamı ilə dindirilməsinə qərar verilib.
“İstintaq çərçivəsində Əkrem İmamoğlu, Necati Özkan və Mərdan Yanardağ barəsində casusluq və şəxsi mənfəət naminə cinayətkar dəstə yaratmaq ittihamları üzrə hüquqi prosedur başladılıb.
“Tele1” TV-nin baş redaktoru Mərdan Yanardağ saxlanılıb”, - məlumatda deyilir.
Xatırladaq ki, Əkrəm İmamoğlu mart ayında korrupsiya ittihamı ilə həbsdədir.