Bakı. Trend:
Hazırda uşaq evi sosial xidmət müəssisəsində yaşayan 313 uşaqtəhsilə cəlb olunub. Onlarda 30-u 9-cu sinif şagirdi, 11 nəfəri isə11-ci sinif şagirdidir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Sosial XidmətlərAgentliyindən məlumat verilib.
Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinintabeliyində Sosial Xidmətlər Agentliyinin ölkə üzrə 6 uşaq evisosial xidmət müəssisəsi fəaliyyət göstərir:
"Onlardan 3-ü Bakı şəhərində, 1-i Gəncə, 1-i Lənkəran, 1-i isəŞəkidə yerləşir. Bununla yanaşı, Bakı və Lənkəranda ailə tiplikiçik qrup evləri də fəaliyyət göstərir. Bu müəssisələrdə yaşayan,valideyn himayəsindən məhrum olmuş uşaqların sosialreabilitasiyası, onların mənşə ailələrinə qaytarılması, eləcə dəalternativ qayğı mühiti ilə əhatə olunması məqsədilə davamlı işaparılır. Müəssisələrdə uşaqlara sosial xidmətin ayrı-ayrıformalarına və növlərinə uyğun, onların sosial adaptasiyasınıntəmin olunması üçün sosial reabilitasiya tədbirlərinin həyatakeçirilməsi və asudə vaxtlarının səmərəli təşkil olunması məqsədiləxidmətlər göstərilir. Uşaqlar sosial-məişət, sosial-psixoloji,sosial-hüquqi, sosial-pedaqoji və tibbi-sosial xidmətlər ilə təminolunurlar".
Qeyd edilib ki, müəssisələrdə yaşayan uşaqların təhsilə cəlbolunmasına da xüsusi diqqət göstərilir:
"Uşaqların məktəb həyatına fəal inteqrasiyası və davamiyyətinintəmin olunması üçün ardıcıl iş aparılır.
Hazırda müvafiq müəssisələrdə yaşayan 313 uşaq təhsilə cəlbolunub. Onlarda 30-u 9-cu sinif şagirdi, 11 nəfəri isə 11-ci sinifşagirdidir".
Qeyd edək ki, bu il Uşaq evi sosial xidmət müəssisələrinin 22məzunu ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunublar.Onlardan 3 nəfəri ali təhsil müəssisələrində, 19 nəfəri isəmüxtəlif peşə-ixtisas təhsili müəssisələrində təhsillərini davametdirirlər.