AZ

Intel-in gəliri artıb

Müəllif:Mehin Qasımova,Banco.az

"Intel" iyul-sentyabr dövrü üçün balans hesabatını açıqladı.

Banco.az xəbər verir ki,  şirkətin gəliri üçüncü rübdə illik müqayisədə 3 faiz artaraq 13,7 milyard dollara çatıb. Şirkət ötən ilin eyni dövründə 13,3 milyard dollar gəlir əldə edib.

Bu dövrdə Intel-in gəliri bazar gözləntilərini üstələyib.

Keçən ilin üçüncü rübündə təxminən 16,6 milyard dollar xalis zərər bildirən "Intel", bu ilin eyni dövründə 4,1 milyard dollar xalis mənfəət əldə edib.

Çip istehsalçısının eyni dövrdə bir səhm üzrə qazancı 90 sent olub. "Intel" ötən ilin üçüncü rübündə hər bir səhmə görə 3,88 dollar itki verib.

Seçilən
41
1
banco.az

2Mənbələr