AZ

Hoxşteyn: ABŞ-nin Rusiya neftinə qarşı sanksiyaları özlərinə zərər vura bilər...

Keçmiş Bayden adminstrasiyasının nümayəndəsi xəbərdarlıq edib: Vaşinqton qiymət artımını cilovlamalı olacaq...

Poliqon xəbər verir ki, ABŞ prezidentinin keçmiş xüsusi elçisi Amos Hoxşteyn Financial Times qəzetinə müsahibəsində bildirib ki, Vaşinqtonun Rusiya neftinə qarşı tətbiq etdiyi yeni sanksiyalar nəticədə ABŞ-ın öz iqtisadi maraqlarına da zərbə vura bilər.

Onun sözlərinə görə, bu məhdudiyyətlər qlobal bazarda enerji qiymətlərinin artımına səbəb ola bilər və ABŞ hökuməti bu təsiri yumşaltmaq üçün tədbirlər görməyə məcbur qalacaq. “Amerika administrasiyası neftin qiymət artımını cilovlamağa çalışmalıdır, əks halda sanksiyalar özlərinə qarşı işləyə bilər,” — deyə Hoxşteyn vurğulayıb.

Ekspert hesab edir ki, Rusiya neftinin dünya bazarından sıxışdırılması Asiya və Yaxın Şərq ölkələrinin enerji balansına da təsir edəcək və bu, qlobal enerji bazarında yeni gərginlik dalğası yarada bilər.

Hoxşteyn əlavə edib ki, ABŞ uzunmüddətli perspektivdə həm siyasi, həm də iqtisadi baxımdan “enerji sabitliyini pozmadan” sanksiya strategiyasını yenidən nəzərdən keçirməlidir.

Poliqon.info

Seçilən
22
poliqon.info

1Mənbələr