ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
İstanbul bələdiyyəsinin həbsdə olan sabiq sədri Ekrem İmamoğlu və daha iki nəfərə qarşı casusluqla bağlı istintaq başladılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin Baş Prokurorluğu məlumat yayıb.
Məlumata görə, E.İmamoğlu ilə yanaşı Necati Özkan və Merdan Yanardağa qarşı da casusluqla bağlı istintaq başladılıb. "TELE1"in baş redaktoru olan Merdan Yanardağ istintaq çərçivəsində saxlanılıb. Yanardağın evində və rəhbəri olduğu kanalda axtarışlar aparılır.
Prokurorluğun apardığı istintaqda xarici ölkələrə agentlik etdiyi təsbit olunan Hüseyn Günün rəqəmsal materiallarında gizli hərbi məlumatlar, xarici pasport fotoşəkilləri və təşkilatlarla əlaqələri aşkarlanıb.
İstintaq çərçivəsində Ekrem İmamoğlu, Necati Özkan və Merdan Yanardağ barəsində "casusluq" və "mənfəət məqsədi daşıyan cinayət təşkilatı" ittihamları ilə məhkəmə prosesi başlayıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.