AZ

MPL: Turan Tovuz un liderlik şansı, Kəpəz sonuncu yerdən qurtula biləcəkmi?

Fanat saytına istinadən ain.az xəbər verir.

Misli Premyer Liqasında 9-cu tur start götürür. 

Fanat.Az xəbər verir ki, üç günü əhatə edəcək tur bölgədən başlayacaq. 

Belə ki, ilk oyun günündə baş tutacaq iki matç Şamaxı və Qəbələdə  keçiriləcək. 

"Karvan-Yevlax" ilə "Turan Tovuz" Şamaxıda üz-üzə gələcəklər. Kurban Berdiyevin baş məşqçisi olduğu qərb təmsilçisi səfərdən 3 xalla dönərək azı bir gün liderliyi ələ keçirə bilər. Yevlaxlılar isə autsayder mövqeyindən uzaqlaşmaq üçün xal qazanmağa çalışacaq. 

Günə Qəbələdə yekun vurulacaq. Xal və qələbə həsrətinə son turda yekun vuran, ancaq hələ də sonuncu yerdə qərarlaşan "Kəpəz" "İmişli" ilə qarşılaşacaq. Son 3 turda 3 xal qazana bilməyən "İmişli" uğursuz gedişata Qəbələdə son qoymaq əzmindədir. 

Qeyd edək  ki, "Araz-Naxçıvan" - "Sabah"  və "Zirə" - "Sumqayıt" görüşləri şənbə, "Qəbələ"  - "Neftçi" və "Qarabağ" -  "Şamaxı" qarşılaşmaları isə bazar günü keçiriləcək. 

Misli Premyer Liqası

9-cu tur

24 oktyabr 

14:30. "Karvan-Yevlax"– "Turan Tovuz"

Hakimlər: Elvin Bayramov, Şirmamed Mamedov, Kərim Zeynalov, Əli Əliyev.

VAR: Əliyar Ağayev, Teymur Teymurov.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: Nəriman Axundov.

Şamaxı şəhər stadionu

17:00. "Kəpəz" – "İmişli"

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, İslam Məmmədov.

VAR: Cavid Cəlilov, Müslüm Əliyev.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Eldar Məmmədov.

Qəbələ şəhər stadionu

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
1
fanat.az

2Mənbələr