AZ

Maduro: ABŞ Venesuelaya qarşı hər gün “psixoloji müharibə” aparır

BAKI, 24 oktyabr. TELEQRAF

Venesuela prezidenti Nikolas Maduro ABŞ-ni ölkəsinə qarşı “gündəlik psixoloji müharibə” aparmaqda ittiham edib.

Teleqraf xəbər verir ki, onun çıxışını dövlət televiziyası "VTV" yayımlayıb.

Maduro ABŞ-nin Karib hövzəsindəki hərbi aktivliyini diqqətlə izlədiklərini bildirib.

“Amerika imperalizmi bizi hər gün sözlərlə hədələyir, hər gün psixoloji hücum həyata keçirir. Oradan bir bəyanat, buradan bir gəmi, bir tərəfdən raketlər...” – deyə prezident vurğulayıb.

Maduro qeyd edib ki, Venesuela xalqı və ordusu ölkənin müstəqilliyini qorumaq üçün birləşib, vəziyyətə soyuqqanlı və sağlam düşüncə ilə yanaşacaq.

Prezident həmçinin "YouTube" platformasının öz hesabını səbəbsiz bağladığını deyərək şirkəti “imperializmin aləti” adlandırıb və sərt tənqid edib.

Qeyd edək ki, Maduronun 200 mindən çox izləyicisi olan "YouTube" kanalı 22 sentyabrda bağlanıb. Kanalda prezidentin çıxışları və həftəlik televiziya proqramından hissələr paylaşılırdı.

Seçilən
74
50
teleqraf.com

10Mənbələr