AZ

“OpenAI” “Apple” üçün startap satın aldı

ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.

“OpenAI” “Apple” kompüterləri üçün süni intellekt interfeysi hazırlayan kiçik startap “Software Applications Incorporated” şirkətini satın aldığını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, şirkətin komandasında olan 12 nəfərin hamısı “OpenAI”də işə başlayacaq.

Satınalma əməliyyatının şərtləri açıqlanmayıb.

Startapın məhsulu olan “Sky” “Mac” istifadəçilərinə təbii dil vasitəsilə yazı, proqramlaşdırma, planlaşdırma və gündəlik işlərini idarə etməyə kömək edir.

“OpenAI”nin məlumatına görə, “Sky” tətbiqlər vasitəsilə əməliyyatlar apara bilir və istifadəçinin ekranındakı məzmunu anlaya bilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
101
1
qafqazinfo.az

2Mənbələr