ABŞ prezidenti Ottavanı Ronald Reyqanla bağlı “saxta reklam”da ittiham edib...
Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Kanada ilə bütün ticarət danışıqlarını dayandırdığını elan edib. Dövlət başçısı bu qərarını Kanadanın “süni şəkildə hazırlanmış reklam” yayımlaması ilə əsaslandırıb. Tramp bu barədə bəyanatını sosial şəbəkə Truth Social üzərindən paylaşıb.
Onun sözlərinə görə, Kanadanın xarici siyasət dairələri keçmiş ABŞ prezidenti Ronald Reyqanın adından istifadə edərək guya ticarət rüsumlarını tənqid edən “feyk reklam” hazırlayıb. “Onların təxribat xarakterli davranışı ilə əlaqədar olaraq Kanada ilə bütün ticarət danışıqları bu andan etibarən dayandırılır,” — Tramp bildirib.
Qeyd edək ki, sentyabr ayında Kanadanın Xarici İşlər Nazirliyi Kanada, Meksika və ABŞ arasında qüvvədə olan CUSMA (Kuzey Amerika Ticarət Sazişi) üzrə yeni ictimai məsləhətləşmələrin başladığını açıqlamışdı. Kanada baş naziri Mark Karni isə bəyan etmişdi ki, Ottava və Mexiko Vaşinqtonla tərəfdaşlığa sadiqdir və üçtərəfli azad ticarət sazişini daha ədalətli və effektiv etmək niyyətindədir.
Avqustun sonunda yayılan məlumatlara əsasən, Kanada Ağ Ev ilə gərginliyi azaltmaq məqsədilə geniş çeşidli Amerika mallarına tətbiq etdiyi cavab rüsumlarını ləğv etməyi planlaşdırırdı. Lakin Trampın son qərarı iki ölkə arasında iqtisadi əlaqələrin gələcəyini sual altına salıb.
Poliqon.info