AZ

Karvan Yevlax Turan Tovuz u qonaq edir

ain.az bildirir, sport24.az saytına əsaslanaraq.

Bu gün Misli Premyer Liqasında IX tur start götürür. Sport24.az xəbər verir ki, hesabat həftəsinin ilk oyun günündə 2 qarşılaşma baş tutacaq.

Şamaxıda keçiriləcək matçda "Karvan-Yevlax" "Turan Tovuz"u qonaq edir. Geridə qalan 8 turdan sonra aktivində 15 xal olan "boz qurdlar" turnir cədvəlinin ikinci pilləsində qərar tutubsa, nominal meydan sahibləri təhlükəli zonada, daha dəqiq desək, 11-ci yerdədir. Yevlax təmsilçisi bu oyundan məğlub ayrılacağı, günün digər görüşündə "Kəpəz" qalib gələcəyi təqdirdə turnir cədvəlinin zirzəmisində dəyişiklik olacaq. Tovuz təmsilçisi isə 3 xal qazanacağı halda ən azı bir günlük də olsa zirvəyə dönəcək.

Qeyd edək ki, oyunun start fiti saat 14:30-da səslənəcək.

Misli Premyer Liqası

I dövrə, IX tur

14:30. "Karvan Yevlax" - "Turan Tovuz"

Hakimlər: Elvin Bayramov, Şirmamed Mamedov, Kərim Zeynalov, Əli ƏliyevVAR: Əliyar AğayevAVAR: Teymur TeymurovHakim-inspektor: Asim XudiyevAFFA nümayəndəsi: Nəriman AxundovŞamaxı şəhər stadionu,

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
74
sport24.az

1Mənbələr