Təlim uçuşu zamanı iki nəfərin olduğu təyyarə qəzaya düşüb...
Poliqon xəbər verir ki, ABŞ-ın Oklahoma ştatında Hərbi Hava Qüvvələrinə məxsus OA-1K Skyraider II tipli təyyarə qəzaya uğrayıb. Bu barədə məlumatı Fox 25 telekanalı ştatın Milli Qvardiyasına istinadən yayıb.
Məlumata görə, təyyarədə iki nəfər, bir mülki podratçı və bir hərbçi olub. Hazırda onların vəziyyəti barədə rəsmi məlumat verilməyib. Qəza baş verən vaxt təyyarə təlim uçuşu həyata keçirirmiş.
Hadisənin səbəbləri araşdırılır. ABŞ Hərbi Hava Qüvvələrinin komandanlığı hadisə ilə bağlı araşdırma başladıldığını təsdiqləyib. Qəzanın dəqiq yeri və təyyarənin texniki vəziyyəti ilə bağlı əlavə məlumatlar açıqlanmayıb.
Poliqon.info