AZ

Azərbaycan millisi U-23 dünya çempionatında üçüncü yeri tutub

Bakı. Trend:

Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatındayunan-Roma güləşi üzrə yarışlar başa çatıb.

Trend-inməlumatına görə, millimiz turniri 2 qızıl və 1 bürünc medallatamamlayıb və 93 xal toplayaraq komanda hesabında dünya üçüncüsüolub.

Bu nəticə ilə yığmamız medalların əyarına görə tarixində ənyüksək nailiyyətini əldə edib.

Komandamız yalnız İran (143 xal) və Ukraynadan (96 xal) geriqalıb.

Qeyd edək ki, baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçiRövşən Bayramov, məşqçilər Həsən Əliyev və Kamran Məmmədovunrəhbərliyi altında yarışda iştirak edən heyətdən **Elmir Əliyev (55kq)** və **Ziya Babaşov (63 kq)** dünya çempionu, **RuslanNurullayev (72 kq)** isə bürünc medal sahibi olub.

Seçilən
122
az.trend.az

1Mənbələr