ain.az, Oxu.az saytına istinadən bildirir.
Reper P.Diddi həbsxanada hücuma məruz qalıb. Naməlum şəxslər onu öldürmək istəyiblər. Hücum edənlərdən biri bıçağı onun boğazına dirəyə bilmək üçün Şon Kombsa (musiqiçinin əsl adı) çox yaxınlaşıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri sənətçinin dostuna istinadən məlumat yayıb.
Diddinin dostu Çarluççi Finni iddia edib ki, bıçaqla silahlanmış məhbus reperin Nyu-Yorkdakı həbsxana kamerasına daxil olaraq onu yuxuda öldürmək istəyib.
"Bilmirəm, onun əlindən özü xilas olub, yoxsa mühafizəçilər gəliblər. Sadəcə bunun baş verdiyini bilirəm. Əgər həmin adam ona zərər vermək istəsəydi, Şon ciddi xəsarət alacaqdı. Ola bilsin, bu hadisə onun üçün xəbərdarlıq idi, növbəti dəfə bu qədər bəxti gətirməyə bilər. Bütün bunlar qorxutmaq məqsədi daşıyır", - deyə Finni bildirib.
Qeyd edək ki, reperin vəkilləri Diddinin seks alveri ilə bağlı məhkəmə prosesi zamanı dəfələrlə zorakılıq təhlükəsi ilə üzləşdiyini bildiriblər.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.