AZ

İlon Mask “robot ordusu” qurmağa hazırlaşır

BAKI, 24 oktyabr. TELEQRAF

"Tesla"nın rəhbəri İlon Mask yaxın illərdə "Optimus! adlı insanabənzər robotlardan ibarət “ordu” yaratmağı planlaşdırır.

Teleqraf xəbər verir ki, Maskın sözlərinə görə, şirkət ildə təxminən 1 milyon robotun istehsalını təşkil etməyi hədəfləyir.

İstehsalın gələn ilin sonuna qədər başlaması gözlənilir.

Mask bildirib ki, "Optimus"un üçüncü nəsil versiyası 2026-cı ilin əvvəlində təqdim olunacaq. Lakin bu miqyasda istehsala çatmaq üçün şirkətin öz istehsal zəncirini formalaşdırması tələb olunur.

O, həmçinin qeyd edib ki, gələcəkdə "Optimus 4" və "Optimus 5" modellərinin buraxılışı milyonlarla ədədə çata bilər. Maskın fikrincə, bu texnologiyalar “yoxsulluğun olmadığı, yüksək səviyyəli tibbi xidmətə malik bir cəmiyyətin” əsasını qoya bilər.

Seçilən
159
teleqraf.com

1Mənbələr