"Barselona"nın daha bir etirazı La Liqa tərəfindən rədd edildi.

Offsideplus.az xəbər verir ki, “Barselona” klubunun baş məşqçisi Hansi Flikin cəzası qüvvədə qalıb. Klubun Alman mütəxəssisin diskvalifikasiyasına etdiyi apel­lyasiya müraciəti rədd edilib.

İntizam komitəsi klubun təqdim etdiyi materiallarda “heç bir sübut” olmadığını bildirib. Bununla da Flik “El Klassiko”da komandasına texniki zonadan rəhbərlik edə bilməyəcək və oyunu tribunadan izləyəcək.

“Barselona”nın matçda idarəçiliyini onun köməkçiləri həyata keçirəcəklər.

Qeyd edək ki, baş məşqçi "Jirona" ilə oyunda qırmızı vərəqə alıb.