AZ

Müştəri “Balbadem”dən narazıdır – FOTO

“Balbadem” şirniyyat mağazasının Nərimanov filialı ilə bağlı sosial şəbəkədə narazılıq paylaşımı edilib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, Ləman adlı müştəri bildirib ki, dünən mağazadan qozlu və fıstıqlı türk paxlavası alıb. Lakin kassada məhsullar ayrı-ayrı çəkilmək əvəzinə, hamısı fıstıqlı paxlavanın qiymətinə hesablanıb.

“Nəticədə qozlu paxlavanı fıstıqlı qiymətinə almışam. Halbuki Əhmədli filialında bunlar ayrı qiymətlərlə satılır və ayrıca hesablanır,” – deyə müştəri qeyd edib.

Ləman xanımın sözlərinə görə, məsələni yerindəcə orada çalışan əməkdaşlara da bildirib, lakin heç biri sualına cavab verə bilməyib.

O, həmçinin aldığı qəbzdə nə məhsul aldığı barədə heç bir məlumatın yazılmadığını və paxlavanın keyfiyyətindən də narazı qaldığını vurğulayıb:

“Paxlavalara şirə əvəzinə elə bil su tökülüb. Nə içi bilinir, nə də şirəsi. Tam dadsız idi.”

Müştəri şirkətdən məsələ ilə bağlı izahat və qiymət fərqinin niyə düzgün hesablanmadığına aydınlıq gətirilməsini istəyib.

 

Seçilən
30
nocomment.az

1Mənbələr