AZ

Rusiya Müdafiə Nazirliyindən Litvaya cavab

BAKI, 24 oktyabr. TELEQRAF

Rusiyanın Su-30 qırıcıları digər dövlətlərin hava məkanını pozmadan Kalininqrad vilayəti üzərində planlı təlim uçuşları həyata keçirib.

Teleqraf xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi Litva hakimiyyətinin etirazına cavab olaraq bəyan edib. .

Nazirlik bütün uçuşların Rusiya hava məkanı qaydalarına ciddi riayət olunmaqla həyata keçirildiyini vurğulayıb.

"Təyyarələr öz marşrutlarından kənara çıxmayıb və ya digər dövlətlərin sərhədlərini pozmayıblar, bu, obyektiv monitorinqlə təsdiqlənib", - Müdafiə Nazirliyi bildirib.

Litva prezidenti Gitanas Nauseda bəyan edib ki, Rusiya hərbi təyyarələri oktyabrın 23-də axşam saatlarında ölkənin hava məkanını pozub.

Seçilən
90
1
teleqraf.com

2Mənbələr