Tramp əməliyyatın Venesuelaya müdaxiləni əhatə edib-etməyəcəyini açıqlamayıb...
Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp yaxın vaxtlarda Latın Amerikasında narkokartellərə qarşı genişmiqyaslı quru əməliyyatının keçiriləcəyini bəyan edib. O, əməliyyatın məqsədinin regionda narkotik ticarətini kökündən məhv etmək olduğunu vurğulayıb.
Tramp çıxışı zamanı qeyd edib ki, Birləşmiş Ştatlar artıq illərdir narkotik şəbəkələrinin ABŞ-a daxil olmasının qarşısını almaq üçün mübarizə aparır və bu dəfə “konkret və qəti addımlar atmağın vaxtıdır”. Prezident əməliyyatın hansı ölkələrdə aparılacağı və ya onun Venesuela ərazisinə hərbi müdaxiləni əhatə edib-etməyəcəyi barədə isə əlavə məlumat verməyib.
Ekspertlər hesab edirlər ki, sözügedən bəyanat Vaşinqtonun Cənubi Amerikadakı təsirini artırmaq və narkotik marşrutlarının qarşısını sərt metodlarla almaq niyyətindən xəbər verir. Tramp administrasiyasının son aylarda regionda hərbi mövcudluğu gücləndirdiyi, xüsusən də Karib hövzəsində patrul əməliyyatlarını artırdığı bildirilir.
Poliqon.info