Türkiyənin sevilən cütlüyü – aktrisa Beren Saat və müğənni Kənan Doğulu Yunanıstanda istirahət zamanı diqqət mərkəzinə düşüb.
NOCOMMENT.az xəbər verir ki, məşhurlar paytaxt Afinada yerləşən məşhur gecə klubunda əylənərkən görüntüləniblər.
Cütlük dostları ilə birlikdə musiqidən zövq alıb, səmimi və romantik anlar yaşayıb. Axşam boyu bir-birinə yaxın rəqs edən Beren və Kənan sosial şəbəkələrdə yayılan videolardan sonra izləyicilərin rəğbətini qazanıblar.