AZ

Qəzada həlak olan futbolçunu belə andılar Foto

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Almaniyanın “Ayntraxt Frankfurt” klubu UEFA Çempionlar Liqasının üçüncü turu çərçivəsində “Liverpul”la keçirilən matçdan öncə mərhum futbolçu Dioqo Jotanın xatirəsini anıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Belə ki, matçdan öncə “Deutsche Bank Park” stadionunun elektron tablolarında Jotanın adı və nömrəsi əks olunub, stadion diktoru isə onun adını “Liverpul”un heyəti arasında səsləndirib.

Qeyd edək ki, portuqaliyalı oyunçu bu ilin iyul ayında İspaniyada baş vermiş avtomobil qəzasında qardaşı ilə birlikdə həlak olmuşdu. O “Liverpul”da 20 nömrəli formanı geyinirdi.

Xatırladaq ki, dünənki qarşılaşmada “Liverpul” “Ayntraxt” üzərində 5:1 hesablı qələbə qazanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
1
qafqazinfo.az

2Mənbələr