23 oktyabr “İnnovativ Proqress və Ekologiya” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyi Estoniyanın TalTech Universitetindən gələn professor Allan Niidu iştiraki ilə seminar keçirildi.
QHT.az xəbər verir ki, seminarın mövzusu “İstehsalatda və elmdə süni intellekt” idi. Professor süni intellektin müasir dünyada rolu, onun sənaye sahələrində tətbiqi və elmi tədqiqatlarda verdiyi üstünlüklər barədə ətraflı məlumat verdi. O, həmçinin Estoniyada bu sahədə aparılan layihələrdən, yeni texnologiyalardan və gələcəyin peşələrindən da danışdı.
Məktəblilər və valideynlər seminarda fəal iştirak edərək suallar verdilər və fikir mübadiləsi apardılar. Görüş elmi biliklərin paylaşılması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından çox dəyərli oldu.