AZ

Çeçenistanda hicabsız qadınlarla danışıqlar aparılacaq

BAKI, 23 oktyabr. TELEQRAF

Çeçenistanda hicab və ya digər baş örtüyü taxmayan qadınlarla maarifləndirici söhbətlər aparılacaq.

Teleqraf xəbər verir ki, bu barədə vilayət qubernatorunun köməkçisi və respublikanın gənclərlə iş üzrə nazirinin birinci müavini Əmir Suqaipov “Chechnya Today” xəbər agentliyinə müsahibəsində bildirib .

Qurum rəsmisinin sözlərinə görə, başını örtən qadınlar estetika, din, çeçen adət-ənənələri baxımından daha ləyaqətli və gözəl görünürlər.

Çeçenistan rəhbərinin köməkçisi əlavə edib ki, geyimlə bağlı tövsiyələrə məhəl qoymayan qızlar və onların valideynləri ilə izahat xarakterli danışıqlar aparılacaq.

Seçilən
89
3
teleqraf.com

4Mənbələr