BAKI, 23 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Binance kriptovalyuta birjasının təsisçisi Çanqpenq Zhaonu əfv edib.
Teleqraf xəbər verir ki, dünyanın ən böyük kriptovalyuta birjasını yaradan və platformadan uşaqlara cinsi zorakılıq, narkotik alveri və terrorla məşğul olan cinayətkarlara pul köçürmələri üçün istifadə etdiyinə görə həbs cəzasına məhkum edilmiş Çanqpenq Zhaonu bu gün əfv edilib.
Zhao daha əvvəl Trampdan üzr istəyib. O, sentyabr ayında ABŞ prezidenti və oğulları Erik və kiçik Donald Tramp tərəfindən yaradılan kriptovalyuta müəssisəsi "World Liberty Financial" ilə sıx əlaqələrə malik olub.
Ağ Evin mətbuat katibi Karoline Levitt cümə axşamı bildirib ki, Bayden administrasiyası “kriptovalyuta sənayesini” cəzalandırmaq üçün Zhaonu həbs edib.