Müəllif: Tamara Mustafayeva, Banco.az
Çinin “Sinopec” neft şirkəti 100 milyon ton şist neft ehtiyatı aşkar edib.
Banco.azxəbər verir ki, şirkətin açıqlamasında bildirilib ki, Çunçin şəhərinin Çiciang bölgəsində kəşf məqsədilə qazılan sondaj quyusunda yeni ehtiyatlar aşkarlanıb.
Açıqlamaya görə, 100 milyon ton təsdiqlənmiş ehtiyatın olduğu quyudan gündə 38,64 kubmetr neft və 10 min kubmetr təbii qaz hasil edilməyə başlanıb.
“Sinopec” 2026–2030-cu illər arasında gündə 2 milyon ton hasilat hədəfi ilə, hər il 100 milyon ton yeni şist nefti ehtiyatı aşkar etməyi planlaşdırır.
Şirkət ötən il 705 min ton şist nefti hasil etmişdi.
Böyük həcmdə ehtiyatların mövcud olmasına baxmayaraq, şist neftinin çıxarılması geoloji baxımdan ən çətin və hasilatı ən bahalı neft mənbəyi hesab olunur.
Şist nefti hazırda Çinin xam neft hasilatının cəmi 1 faizini təşkil edir.
Bizi sosial şəbəkələrdən izləyin!!