AZ

Volodimir Zelenski: Ukrayna heç vaxt Rusiya ərazisini Amerika silahları ilə vurmayıb

Kiyev, 23 oktyabr, AZƏRTAC

Ukrayna heç vaxt Rusiya ərazisini Amerika silahları ilə vurmayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında bildirib.

"Biz Ukrayna istehsalı olan uzaqmənzilli imkanlardan açıq şəkildə istifadə etmişik və biz onlardan 150-3000 km məsafədə istifadə edirik - bunlar bizim ən son imkanlarımızdır", - deyə Prezident bildirib.

Zelenskinin sözlərinə görə, söhbət Ukraynanın uzaqmənzilli silahlarının kütləvi istehsalı üçün lazım olan əlavə maliyyədən gedir.

"Biz yaxşı imkanlara malik müxtəlif silahlardan istifadə etmişik. Lakin bu, ciddi şəkildə döyüş bölgələrində və ya döyüş tapşırıqlarına hazırlıq zamanı olub”, - deyə Zelenski qeyd edib.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

 

Seçilən
99
4
azertag.az

4Mənbələr