Ölkəmizi Çempionlar Liqasında təmsil edən kişi voleybolçulardan ibarət “Azərreyl” klubu bu gün turnirdə ilk oyununa çıxıb.
Apasport.az xəbər verir ki, ilkin mərhələdə komandamızın rəqibi Serbiyanın “Radniçki” klubu olub.
FHN-nin idman zalında baş tutan qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunun ən yaxşısı “Radniçki” klubunun 13 nömrəli oyunçusu Qayoviç Vladimir seçilib.
Qeyd edək ki, cütün cavab görüşü oktyabrın 29-da Serbiyada keçiriləcək.
Çempionlar Liqası
İlkin mərhələ (I oyun)
23 oktyabr
“Azərreyl” – “Radniçki” 0:3 (21:25, 18:25, 22:25)
ABL: “Abşeron Lions” NTD-yə qalib gəlib
"Sumqayıt" "Quba" ilə bacarmadı
“Abşeron Lions” Estoniya təmsilçisinə məğlub oldu
"Sumqayıt" "Sabah"ın sabiq oyunçusu ilə güclənib
Daha bir təmsilçimiz Avropa Kubokunda mübarizəyə başlayır