AZ

Rusiya səfirliyinə hücum cəhdi olub

Narkotika təsiri altında olan sürücü Rusiyanın Buxarestdəki səfirliyinə girməyə cəhd edib. Jandarma və təcili xidmətlər maşının qarşısını kəsib və kişi təslim olmaq qərarına gəlib.

Editor.az bildirir ki, bu barədə “Digi24” telekanalı məlumat verib. Hadisə oktyabrın 23-nə keçən gecə baş verib.Polisin məlumatına görə, sürücü sürücülük vəsiqəsi dayandırılmış 53 yaşlı Rumıniya vətəndaşıdır. Hadisə yerində aparılan müayinə zamanı onun orqanizmində iki qadağan olunmuş maddənin olması müəyyən edilib: benzodiazepin və amfetamin.

Kişinin kimliyi məlum deyil. Jandarma əmin edib ki, diplomatik obyektin təhlükəsizliyi “məhdudlaşdırılmayıb, tələfat və ya əhəmiyyətli maddi ziyan qeydə alınmayıb”. Rusiya Xarici İşlər Nazirliyi hadisə ilə bağlı hələlik şərh verməyib.

//Samir Qurbanov, Editor.az

Seçilən
32
editor.az

1Mənbələr