Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp oktyabrın 30-da Çin prezidenti SiCinpinlə görüşəcək.
Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibiKerolayn Livitt brifinqdə bildirib.
Onun sözlərinə görə, D.Tramp oktyabrın 24-də Malayziyaya səfəredəcək, ora yerli vaxtla oktyabrın 26-da səhər saatlarında gələcəkvə ölkənin baş naziri Ənvər İbrahimlə görüşəcək və ASEANliderlərinin "axşam yeməyində" iştirak edəcək.
Oktyabrın 27-də Tramp Tokioya səfər edəcək və oktyabrın 28-dəYaponiyanın yeni baş naziri Sanae Takaiçi ilə görüşəcək. Oktyabrın29-da Tramp Pusana uçacaq, orada Cənubi Koreya prezidenti Li ÇjeMyon ilə görüşəcək və Asiya-Sakit Okean İqtisadi ƏməkdaşlıqTəşkilatının (APEC) sammitində çıxış edəcək. “Yerli vaxtla cüməaxşamı prezident Vaşinqtona qayıtmazdan əvvəl Çin sədri Si [Cinpin]ilə ikitərəfli görüşdə iştirak edəcək”, - deyə K.Livitt qeydedib.