AZ

KİV: ABŞ-ın Rusiyaya qarşı sanksiyaları yavaş-yavaş təsir edən zəhər kimi işləyəcək

“ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı ilk sanksiyalarını tətbiq edib və bu dəfə onun “böyük” sözünü işlətməsi tam əsaslıdır. Çünki hədəfdə Rusiya iqtisadiyyatının iki əsas dayağı – “Rosneft” və “Lukoil” neft şirkətləri durur”.

APA xəbər verir ki, bu sözlər “The Telegraph” qəzetinin mövzu ilə bağlı dərc etdiyi məqalədə öz əksini tapır.

Qəzet məlumat verir ki, bu iki şirkət birlikdə Kremlin ümumi neft ixracının təxminən yarısını təmin edir.

Qeyd olunur ki, Rusiya artıq xaricdəki qaz bazarlarının çoxunu itirib və buna görə də neft tədarükü Vladimir Putinin hərbi maşını üçün ən böyük gəlir mənbəyi olaraq qalır.

Məqalədə vurğulanır ki, Rusiyanın dünyada ən sərt sanksiyalara məruz qalan ölkə olmasına baxmayaraq o, ötən ay gündə 5,1 milyon barel xam neft ixrac etməyə nail olub. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, bu göstərici son iki ildə ən yüksək səviyyədir.

ABŞ-ın 22 oktyabr çərşənbə günü elan etdiyi sanksiyalar xarici şirkətlərə şamil olunmur. Lakin ABŞ-ın bütün hüquqi şəxslərinə “Rosneft”, “Lukoil” və onların törəmə şirkətləri ilə ticarət əlaqələri qurmaq qadağandır.

Məqalədə həmçinin qeyd olunur ki, bu şirkətlərə məxsus bütün aktivlər ABŞ-da yerləşən maliyyə qurumlarında dondurulacaq.

Seçilən
82
2
apa.az

3Mənbələr