AZ

Ukraynada iki jurnalist həlak oldu

Kramatorskda Rusiyanın “Lancet” pilotsuz təyyarəsinin zərbələri nəticəsində “Azadlıq” telekanalının jurnalisti Yelena Qubanova və operator Yevgeni Karmazin həlak olub.

Kanalın xüsusi müxbiri Aleksandr Kolıçev isə xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Editor.az xəbər verir ki, bu barədə oktyabrın 23-də Donetsk Regional Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkin Facebook-da məlumat verib: “Rusların genişmiqyaslı işğalının ilk günlərindən onlar regiondakı vəziyyəti işıqlandırıb, düşmən cinayətləri, dinc sakinlərin təxliyyəsi və müdafiəçilərimizin hekayələri haqqında həqiqətləri çatdırıblar. Onlar Donbasın ən qaynar nöqtələrində çalışıblar və həmişə hər yerdə birinci olublar. Bunun onların başına gələ biləcəyinə inanmaq çətindir.

O, bu, bizim hamımız üçün dəhşətli itkidir”.
Filaşkin qeyd edib ki, Qubanova və Karmazin parlaq, mərhəmətli, ədalətli, vicdanlı insanlar olub və elə belə də yaddaşlarda qalacaqlar. Donetsk Regional Hərbi Administrasiyasının rəhbəri həlak olanların ailələrinə, dostlarına və həmkarlarına başsağlığı verib.

//Samir Qurbanov, Editor.az

Seçilən
102
editor.az

1Mənbələr