AZ

Pakistan İran yönümlü qruplaşmaya qarşı əməliyyata başlayıb

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Sind Terrorla Mübarizə İdarəsi (CTD) Pakistanın ən böyük şəhəri Kəraçidə İran yönümlü Liva Zeynəbiyun qruplaşmasına qarşı əməliyyata başladığını elan edib.

Oxu.Az-ın "Azad İran" "Telegram" kanalına istinadən verdiyi xəbərə görə, əməliyyat zamanı qrupun iki fəal üzvü saxlanılıb.

Şübhəlilərdən tapança və əl qumbarası götürülüb. Məlumata görə, saxlanılanlar 2025-ci ilin mayında Kəraçidə törədilmiş dini motivli qətllərdə iştirak etdiklərini etiraf ediblər.

Onlar həm də qonşu ölkədən maliyyə və təşkilati dəstək alan, şəhərdə terror aktları planlaşdıran qrupun tərkibində olublar.

Hüquq-mühafizə orqanlarının mənbələri bildirirlər ki, Kəraçidəki İrana bağlı proksi qüvvələr son aylarda bir sıra sui-qəsdlərdə, o cümlədən əvvəllər İsrailə səfər etmiş sünni icma liderlərinin və jurnalist İmtiaz Mirin öldürülməsində iştirak etmiş ola bilərlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
6
oxu.az

7Mənbələr