ain.az bildirir, GlobalInfo portalına istinadən.
Litva Prezidenti Gitanas Nauseda oktyabrın 23-ü axşam saatlarında Rusiya hərbi təyyarələrinin Litvanın hava məkanını pozduğunu bəyan edib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə X sosial media platformasında məlumat verib.
“Bu, beynəlxalq hüququn və Litvanın ərazi bütövlüyünün kobud şəkildə pozulmasıdır. Avropanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsi zəruridir,” – Prezident vurğulayıb.
Nauseda bildirib ki, Rusiya nümayəndələri rəsmi etiraz üçün Litva Xarici İşlər Nazirliyinə çağırılacaq.
Bundan öncə NATO baş katibi Mark Rutte demişdi ki, alyans ölkələri hava məkanını pozan Rusiya təyyarələrini ələ keçirəcək, lakin yalnız birbaşa təhlükə yaranarsa, vurmaq əmri verilə bilər.
Xatırladaq ki, oktyabrın 1-də Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamış NATO ölkələrinin hava məkanını pozan hərbi təyyarələrin vurulmasına hazır olduqlarını açıqlamışdı.
Tahir Turan
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.