2-3 mərtəbəli binaların bir mərtəbəsi qalıb, digərlərini söküblər. Eyvanlar uçub, divarlar çatlayıb...
Xezerxeber.az xəbər verir ki, görüntülər paytaxtın Yasamal rayonu Molla Vəli Vidadi 7 ünvanındandır.
Sakinlər artıq yaşadıqları mənzillərə qaz verilişinin dayandırıldığını, telefon və internet bağlantısının kəsildiyini deyirlər.
Onlar iddia edir ki, mavi yanacağın verilişinin dayandılması ilə bağlı etirazlarını bildiriblər, bundan sonra problem aradan qalxıb. Bir müddət sonra isə köhnə hamam, köhnə tas…
Sakinlərdən öyrəndik ki, söküləcək evlərin hər kvadratmetrinə görə 2700 manat, qeyri-yaşayış obyektlərinin hər kvadratmetrinə görə 3000 manat kompensasiya ödənir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.