AZ

Lennart Karl Musialanı geridə qoydu

style='margin-bottom:10px;'>

“Bavariya”nın yarımmüdafiəçisi Lennart Karl UEFA Çempionlar Liqasında ən gənc qol vuran futbolçu olub. 

QOL.az xarici KİV-ə istinadən xəbər verir ki, Karl (17 yaş 242 günlük) Liqa mərhələsinin 3-cü turunda “Brügge”yə qarşı keçirilən görüşün (4:0) 5-ci dəqiqəsində fərqlənib.

Almaniyalı oyunçu bu nəticə ilə “Bavariya”da əvvəllər rekord sahibi olan Camal Musialanı (17 yaş 363 gün) geridə qoyub. 

Qeyd edək ki, bu mövsüm Karl bütün turnirlərdə 9 oyuna çıxaraq 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
104
1
teleqraf.com

2Mənbələr