35 ildən sonra ilk dəfə Azərbaycan təyyarəsi Ermənistana eniş edib.
Xezerxeber.az xəbər verir ki, ilk dəfə İrəvanda hər iki ölkənin vətəndaş cəmiyyətlərinin iştirakı ilə dəyirmi masa müzakirəsi təşkil olunub.
Görüşdə iştirak edən politoloq Rusif Hüseynov səfəri və görüşü "Xəzər Xəbər"ə şərh edib.
Görüşdə regionun geosiyasətindən tutmuş cəmiyyətlərimizdə narahatlıq doğuran mövzulara qədər geniş spektrli məsələlər müzakirə edilib.
Nümayəndə heyətinin tərkibində yer alan Milli QHT Forumunun idarə heyətinin sədri Ramil İsgəndərli bu görüşün keçirilməsini vacib tarixi hadisə kimi qiymətləndirib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.