AZ

Merih Demiral “Fənərbaxça”ya qayıda bilər

style='margin-bottom:10px;'>

“Fənərbaxça” klubu hazırda “Əl-Əhli”də forma geyinən müdafiəçi Merih Demiralı transfer siyahısına daxil edib.

QOL.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi 27 yaşlı oyunçunu qış transfer pəncərəsində heyətinə qatmaq niyyətindədir.

Klub rəhbərliyi müdafiə xəttini gücləndirmək məqsədilə təcrübəli oyunçunun xidmətindən yararlanmaq istəyir. 

Xəbərdə bildirilir ki, Merih özü də Türkiyəyə dönməyə müsbət yanaşır. 

Qeyd edək ki, “Fənərbaxça”nın yetirməsi olan Demiral 2023-cü ildən Səudiyyə Ərəbistanı təmsilçisində forma geyinir. 

Seçilən
112
4
teleqraf.com

5Mənbələr