AZ

İsrail ordusu Suriyadan Livana silah qaçaqmalçılığının QARŞISINI ALDI

İsrail ordusu Suriyadan Livana silah qaçaqmalçılığının qarşısını alıb.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

İsrail ordusunun Hərmon dağları bölgəsində keçirdiyi əməliyyat zamanı bir neçə şübhəli şəxs saxlanılıb.

Onlar Suriyadan Livana silah gətirməyə çalışırmış. Saxlanılanlar dindirilmək üçün göndərilib, bütün silahlar isə ələ keçirilib.

Ordu bəyan edib ki, İsrail vətəndaşları və Qolan yüksəkliklərinin sakinlərinin təhlükəsizliyini qorumaq məqsədilə bölgədə dislokasiyasını davam etdirir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
19
1
interpress.az

2Mənbələr