AZ

Putin Budapeşt sammitinin ləğvi ilə bağlı danışıb

Rusiya lideri görüşün ləğv deyil, təxirə salınmasını istisna etmir…

Poliqon xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Budapeştdə planlaşdırılan ABŞ-Rusiya sammiti ilə bağlı açıqlama verib. O, sammitin hazırlıqsız keçirilməsinin ciddi səhv olacağını bildirib və Moskvanın dialoqun davam etdirilməsini hər zaman dəstəklədiyini vurğulayıb.

Putin qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın son açıqlamaları sammitin tamamilə ləğv edilməsindən daha çox, onun təxirə salınmasına işarə edir.

“Biz bu görüşə ciddi yanaşırıq. Hazırlıq olmadan sammitə getmək düzgün olmazdı. Rusiya həmişə dialoqun davam etdirilməsinin tərəfdarı olub”, deyə Putin bildirib.

Rusiya lideri əlavə edib ki, Budapeşt sammitinin təşəbbüsü Amerikanın tərəfi tərəfindən irəli sürülüb və bu barədə telefon danışığı zamanı razılıq əldə olunub. Hazırda görüşün dəqiq tarixi və gündəliyi üzərində iş aparılır.

Kremlin sözçüsü Dmitri Peskov da sammitin baş tutması üçün diplomatik hazırlıqların mərhələli şəkildə davam etdiyini təsdiqləyib. Onun sözlərinə görə, Rusiya Xarici İşlər naziri Sergey LavrovABŞ Dövlət katibi Marko Rubio ilkin müzakirələrə başlayacaq və sammitin detalları bu görüşlərdən sonra müəyyənləşəcək.

Qeyd edək ki, Budapeşt sammiti RusiyaABŞ arasında Ukrayna müharibəsi fonunda baş tutacaq ilk yüksək səviyyəli görüş ola bilər. Ekspertlər bu görüşün regional sabitlik və beynəlxalq münasibətlər baxımından mühüm əhəmiyyət daşıdığını bildirirlər.

Poliqon.info

Seçilən
26
poliqon.info

1Mənbələr