AZ

Rusiya idmançıları 2026-cı il Paralimpiya Oyunlarında iştirak etməyəcəklər



Rusiya idmançıları 2026-cı il Paralimpiya Oyunlarında iştirak etməyəcək.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Beynəlxalq Paralimpiya Komitəsi məlumat yayıb. Komitənin mətbuat xidmətindən TASS-a verilən məlumata görə, Rusiya idmançıları 2026-cı il Paralimpiya Oyunlarında kvalifikasiya imkanlarının olmaması səbəbindən iştirak etməyəcəklər.

“Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS), Beynəlxalq Biatlon İttifaqının (IBU) və Ümumdünya Körlinqin mövqeyi hazırda Rusiya və Belarus idmançılarının və komandalarının 2026-cı il Qış Paralimpiya Oyunlarına vəsiqə qazanmaq imkanından məhrum etməkdir. Bu səbəbdən idmançılar öz növlərində yarışa bilməyəcəklər",-deyə açıqlamada bildirilir.

Mehman Mehdiyev
Seçilən
135
1
newscenter.az

2Mənbələr