“İnter Mayami” hücumçu Lionel Messi ilə müqavilənin uzadıldığını elan edib.
Publika.az xəbər verir ki, 38 yaşlı argentinalı futbolçu ilə yeni müqavilə 2028-ci ilin sonuna qədər qüvvədə olacaq.
Messinin əvvəlki müqaviləsi 2025-ci ilin sonuna qədər nəzərdə tutulmuşdu.
Messi 2023-cü ilin iyulunda “İnter Mayami”yə keçib. Dünya çempionu və səkkizqat “Qızıl top” sahibi komandası ilə birlikdə Şimali Amerika Liqalar Kubokunu qazanıb və 2024-cü il MLS-in (ABŞ çempionatı) müntəzəm mövsümündə çempion olub.