AZ

BELƏ XALQI YIXMAQ, MƏĞLUB ETMƏK MÜMKÜNSÜZƏ BƏRABƏRDİ - (Esse)


Dünən "Qarabığın" oyununa baxırdıq.
Əlinin dostu Həsən də bizdə idi.
Dedi Sadıq əmi, bir esse yazmışam oxuyum?
Oxudu, çox xoşum gəldi.
Əsasa da gənclərimizin saf, istedadlı və qeyrətli milli ruhu çox qiymətlidir.

Zəfərin səsi-qürur günümüz.

Bu gündə bütün Azərbaycan xalqı sevinirdi,şəhərə axışırdı.Toy,bayram ab havası almışdı.Kimi öz sevincini avtomobili ilə gedərkən siqnal verərək kimi oynayaraq kimidə ağlayaraq qeyd edirdi.Çox şükür ki,bunlar artıq sevinc göz yaşları idi.

30 illik həsrət sona çatmışdı.Doğma Qarabağımız azaddır!Azərbaycan ordusunun rəşadəti,döyüş şücaəti düşməni darmadağın etmişdi.Düşmən ortaq məxrəcə gəlməyə vadar olmuşdu.Onlar başa düşdülər ki,Azərbaycanın tələblərini qəbul etməkdən başqa çıxış yolları yoxdur.

Səhərin açılmağına bir neçə saat qalmış biz 3 tərəfli bəyannamənin səsinə oyandıq.Bu bir daha Azərbaycanın gücünü dünyaya sübut etti.Burada ali baş komandanın strategiyasını xüsusi vurğulamaq lazımdır.

Muharibə dövründə hamımızın gözü televizorlarda idi.Hər an cənab prizidentimizin çıxışını gözləyirdik.Böyük fəxr hissi ilə azad olunmuş torpaqlarımızın adını duymaq istəyirdik.Düşmənin bizim qarşımızda əlləri ətəyindən uzun idi.Biz günü gündən tarixi Azərbaycan torpaqlarını,öz ata-baba yurdumuzu mənfur düşməndən təmizləməyə davam edirdik.

Əsgərlərimizin alın tərləri, qanları ilə yazdığı bu şanlı zəfər tarixin səhifələrindən silinməyəcək.Bu şanlı zəfərdə xalqımızın ordumuzla birliyi xüsusi əhəmiyyət daşıyırdı.Biz daima onlarla birgə olduğumuzu hiss etdirirdik.

Xalq olaraq səfərbər idik.Kimin nəyə gücü çatır bir sözlə əlimizdən gələni əsirgəmirdik.Belə xalqı yıxmaq,məğlub etmək,büdrətmək mümkünsüzə bərabərdir.Bizim şanlı bayrağımız Vaqifin,Natavanın məskənində dalğalanır.

Qarabag torpağı biz qayıtdıq.Sənin əsl sahiblərin qayıtdı.Artıq o torpaqlarda vandalizm yoxdur.Yurdumuzu talayanlara,viran qoyanlara elə indinin özündədə cəza verməyə davam edirik.Dəmir yumruğu onların başına endiririk.Qarabağ torpağı gəlişimizdən sonra gəliş deməyək dönüşümüzdən sonra hüzura qərq olub.

Şuşam,Laçınım,Kəlbəcərim,Ağdamım,Füzulim,Cəbrayılım,Zəngilanım,Qubadlım,Xocalım,Xankəndim,Xocavəndim biz qayıtdıq.Ana və övlad qovuşdu.

Mən aşiqəm Qarabağ
Şəki,Şirvan, Qarabağ
Aləm cənnətə dönsə yaddan çıxmaz Qarabağ
Könlüm keçir Qarabağdan
Gah o dağdan,gah bu dağdan
Axşamüstü qoy uzaqdan
Havalansın xanın səsi
Qarabağın şikəstəsi.

Həsən Veysəlov
ATMU-nin l kurs tələbəsi.

Seçilən
45
baki-xeber.com

1Mənbələr