“Fənərbağça” rəhbərliyi Türkiyə milli komandasının müdafiəçisi Merih Demiralı heyətinə qatmaq niyyətindədir.
Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi təcrübəli müdafiəçini qış transfer pəncərəsində transfer etməyi planlaşdırır.
Klub rəhbərliyi müdafiə xəttini gücləndirmək üçün Merihin təcrübəsinə böyük önəm verir və oyunçunun Türkiyəyə qayıtmasına müsbət yanaşdığı bildirilir.
Qeyd edək ki, hazırda 27 yaşlı Demiral Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunun formasını geyinir. Futbolçu “Yuventus” və “Atalanta” kimi komandaların da heyətində çıxış edib.
Kamil Xudiyev