AZ

Qanunsuz qumar və mərc oyunlarının reklamına görə 5 fiziki şəxs barəsində protokol tərtib edilib

Bakı. Trend:

Bir sıra rəqəmsal platforma təsirçilərinin sosial şəbəkəhesablarında qanunsuz qumar və mərc oyunları səhifələrinintəbliğinə yönəlmiş reklamların yayımlandığı müəyyən edilib.

Bu barədə Trend-ə Azərbaycan Respublikasının Prezidenti yanındaAntiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindənməlumat verilib.

Bildirilib ki, Agentlik tərəfindən reklam fəaliyyətinə dövlətnəzarəti məqsədilə mütəmadi monitorinqlər aparılır və daxil olanmüraciətlər araşdırılır.

Qeyd olunub ki, ötən dövr ərzində bir sıra rəqəmsal platformatəsirçiləri (influenser) tərəfindən qumar və mərc oyunlarınınreklamının həyata keçirilməsi ilə bağlı Agentliyə 5 müraciət daxilolub. Aparılan araşdırmalar nəticəsində sözügedən rəqəmsalplatforma təsirçilərinin (influenser) sosial şəbəkə hesablarındaqanunsuz qumar və mərc oyunları səhifələrinin təbliğinə yönəlmişreklamların yayımlandığı aşkar edilib.

Qumar oyunlarının və ya belə oyunların təşkilatçısının vəsatıcısının, o cümlədən keçirilməsi qadağan edilmiş və ya keçirilməhüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyataalınmamış digər lotereyaların reklamına görə AzərbaycanRespublikasının İnzibati Xətalar Məcəlləsində müvafiq məsuliyyəttədbirləri nəzərdə tutulub.

Bununla əlaqədar, 5 fiziki şəxs barəsində İnzibati XətalarMəcəlləsinin 428.9-cu maddəsi üzrə inzibati protokol tərtib edilibvə baxılması üçün aidiyyəti üzrə rayon (şəhər) məhkəməsinəgöndərilib.

Qeyd edək ki, “Reklam haqqında” Azərbaycan Respublikası Qanunun32.7-ci maddəsində nəzərdə tutulan lotereyalar, idman mərc oyunlarıvə lisenziya əsasında təşkil edilən kazino oyunları istisnaolmaqla, qumar oyunlarının, belə oyunların təşkilatçısının(operatorunun) və ya satıcısının, həmçinin “Bədən tərbiyəsi vəidman haqqında” və “Lotereyalar haqqında” AzərbaycanRespublikasının qanunları ilə müəyyən edilmiş qaydadadayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idmanmərc oyunlarının və lotereyaların reklamına yol verilmir.

Yuxarıda qeyd olunmuş qanunsuz reklamların yayımı ilə üzləşənşəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisarvə İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə rəsmi internetsəhifəsi(https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif)və elektron poçt ([email protected]) vasitəsilə müraciətedə bilərlər.

Məqalədə:
Seçilən
34
36
az.trend.az

10Mənbələr